Ronaldo 2008-ci ilin ən yaxsı futbolçusu elan edilib | 15:11 | |||
![]() İngiltərənin Mançester Yunayted futbol klubu və Portuqaliya milli yığmasının oyunçusu Kristiano Ronaldo 2008-ci ilin Ən Yaxşı Futbolçusu adına layıq görülüb.
O, İngiltərədə oynayan ilk futbolçudur ki, bu adı qazanıb. Sürix Opera teatrında keçirilən təqdimat mərasimində mükafatı Ronaldoya braziliyalı futbol əfsanəsi Pele təqdim etdi. Dünyanın 1 nömrəli futbolçusu adına Ronaldo ilə yanaşı həmçinin iki ispan oyunçusu -Ksavi Hernadezlə Fernando Alonso, argentinalı Lionel Messi və 2007-ci ilin ən yaxşı futbolçusu adını daşıyan Kaka iddia edirdilər. Lakin beynəlxalq məşqçilər və kapitanlar qrupu məhz Ronaldoya səs verdilər. Ronaldonun bu adı qazanacağına heç kəs şübhə etmirdi. Onun ötən futbol sezonu ərzində vurduğu 42 qol Mançester Yunaytedə premeyr-liqada sabit yer qazandırmış və daha sonra Avropa çempionu adını qazanmağa kömək etmişdir. Ronaldo hər iki yarışda əsas topları vuran oyuncu olmuşdur. Ronaldonun futbol səmasında parlaq bir ulduza çevrilməsi çox sürətlə baş vermişdi. 2002-ci ildə, 17 yaşında o, Sporting Lissabon klubuna götürülür və düz bir keçmiş iki klub arasındakı matç zamanı Mançester Yunaytedin diqqətini cəlb edir. Ronaldoya dərhal bu kluba keçmək təklif olundu. Bu, yeniyetmə bir oyunçuya görə rekord bir sövdələşmə idi. Lakin Portuqaliya klubuna Ronaldoya görə ödənilən məbləğ özünü doğrutdu. Ronaldonun Mançesterdə nə qədər qalacağı hələ bəlli deyil. Onun özü Real Madriddə oynamaq arzusunda olduğunu gizlətmir.
| ||||
| KATEQORIYA: DÜNYA VE AVROPA FUTBOLU | BAXILIB: 1538 | ELAVE EDILIB: football-world | REYTING: 5.0/1 | | ||||
| CEMI ŞERHLERİN SAYİ: 0 | |