|
Milli yığma komandanın bu ilin yanvar ayının 27-dən fevral ayının 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcəyi təlim-məşq toplanışı zamanı yoldaşlıq görüşlərinin birində Özbəkistan millisi ilə qarşılaşacağı barədə məlumat vermişdik. Əlavə edək ki, görüş fevral ayının 1-də olacaq. İndiyə qədər bu milli komandalar 7 dəfə yoldaşlıq oyunu keçirib. Onun 4-də qalib gələn millimiz 2-də məğlub olub, 1-də heç-heçə edib. Ümumilikdə 10 top vurub, 9-nu buraxmışıq. Qeyd: Qarşılaşmanın yeri və saatı barədə əlavə məlumat veriləcək.
|