ANA SEHIFEYE QAYIT » 2009 » February » 13 » “Sampdoriya” Fornaroli icarəyə verdi
“Sampdoriya” Fornaroli icarəyə verdi
19:10
46 xalla A seriyasında 2-ci pillədə qərarlaşan “Yuventus” yayda “Qremio”nun hücumameyilli yarımmüdafiəçisi Duqlas Kostanı (şəkildə) transfer edəcək. Turin təmsilçisi oyun üslubuna görə Ronaldinyoya bənzədilən 18 yaşlı futbolçu üçün artıq braziliyalılarla danışıqlara başlayıb. Lakin “Qremio”nun rəhbərliyi Kostanı 30 milyon dollardan ucuz satmayacaqlarını açıqlayıb.

Qeyd edək ki, gənc futbolçunun xidmətində “Mançester Yunayted”, “Arsenal”, “Real” və “Barselona” da maraqlıdır.

Bundan başqa, “Atalanta”nın hücumçusu Serjio Flokkari də “Qoca sinyora”nın maraq dairəsinə düşüb. “Sky sport”un məlumatına görə, “Yuve” 27 yaşlı futbolçu üçün qarşı tərəfə 14 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 2007-ci ildən “Atalanta”nın şərəfini qoruyan Flokkari 57 oyunda 18 qol vurub.

Bu arada, “Yuventus”un malili yarımmüdafiəçisi Mohammed Sissoko zədə səbəbindən fevralın 15-də evdə “Sampdoriya” ilə keçiriləcək qarşılaşmada iştirak edə bilməyəcək.

Yeri gəlmişkən, “Sampdoriya”nın hücumçusu Bruno Fornaroli karyerasını Argentinada davam etdirəcək. “San-Lorenso” 21 yaşlı uruqvaylı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, 2008-ci ildə Uruqvayın “Nasional” klubundan transfer edilən Fornaroli “Sampdoriya”nın heyətində 5 oyun keçirsə də, rəqib qapılarına yol tapa bilməyib
KATEQORIYA: DÜNYA VE AVROPA FUTBOLU | BAXILIB: 1054 | ELAVE EDILIB: football-world | REYTING: 0.0/0 |
CEMI ŞERHLERİN SAYİ: 1
1 BrandonVit  
0
herbal sleeping remedy <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> forensic drug testing

Name *:
Email *:
Code *: